İran və ABŞ arasında danışıqlar prosesi yeni mərhələyə keçə bilər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Kazem Cəlali “Vedomosti” qəzetinə müsahibəsində bildirib ki, ABŞ-nin təqdim etdiyi 15 maddəlik sülh planı Tehran tərəfindən rədd edilib.
Səfirin sözlərinə görə, Vaşinqton əvvəlcə geniş plan təqdim etsə də, İran onu qəbul etməyib və daha sonra vasitəçilər vasitəsilə yeni danışıqlar formatının hazırlanmasını təklif edib.
Cəlali qeyd edib ki, İran öz növbəsində 10 maddəlik alternativ plan hazırlayıb və vasitəçilərin məlumatına görə, ABŞ bu təklifi danışıqlar üçün əsas kimi qəbul etməyə razılaşıb.
Məlumata görə, tərəflər arasında gərginlik fevralın 28-dən etibarən artıb, həmin vaxt ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı əməliyyata başladığı bildirilir. Aprelin 7-də isə ABŞ Prezidenti Donald Trump iki həftəlik atəşkəs elan edib.
Sonrakı mərhələdə İslamabadda bir neçə danışıqlar raundu keçirilsə də, tərəflər əsas məsələlər üzrə razılığa gələ bilməyib. ABŞ-nin 13 apreldən etibarən dəniz blokadası tətbiq etdiyi də qeyd olunur.