Əsas məzmuna keç

İran ABŞ-dən Livandakı əməliyyatların dayandırılmasını tələb edir

İran ABŞ-dən Livandakı əməliyyatların dayandırılmasını tələb edir

Tehran rəsmi Vaşinqtondan İsrailin hücumlarına son qoyulması üçün təminat tələb edir. CNN-in məlumatına görə, diplomatik danışıqlar hansı səbəbdən təxirə salınıb?

en ru

İranın ABŞ-dən Livandakı hərbi əməliyyatların dayandırılması ilə bağlı zəmanət tələb etdiyi bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, planlaşdırılan danışıqlar İsrailin Livana hücumları səbəbindən müvəqqəti olaraq təxirə salınıb.

Diplomatik mənbənin sözlərinə görə, hazırda imzalanmış razılaşmada nəzərdə tutulduğu kimi, Livanda hərbi əməliyyatların dayandırılmasına dair ABŞ-dən tələb edir.

“İranlılar imzalanmış müqavilədə nəzərdə tutulduğu kimi, Livanda hərbi əməliyyatların dayandırılmasına dair zəmanət tələb ediblər”, - deyə mənbə bildirib.

Mənbə əlavə edib ki, hazırda vasitəçilər bu məsələ ilə bağlı razılıq əldə olunması üçün fəaliyyət göstərirlər.

Danışıqların nə vaxt bərpa ediləcəyi isə hələ açıqlanmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…