“Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib.
“Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur”, - deyən dövlət başçısı bəyan edib ki, Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır.