Əsas məzmuna keç

Şəhid və qazi övladları Azərbaycan millisinin futbolçuları ilə görüşüb

Şəhid və qazi övladları Azərbaycan millisinin futbolçuları ilə görüşüb
— Foto: idman.biz

8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirdə uşaqlar millinin təlim-məşq toplanışına qatılıb, futbolçularla vaxt keçiriblər.

en ru

Futbol üzrə millisinin üzvləri 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid və qazi övladları ilə görüşüblər.

AFFA-nın təşkilatçılığı ilə baş tutan sosial tədbir çərçivəsində uşaqlar yığmanın təlim-məşq toplanışına qatılıblar. Görüşdə AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva və millinin baş məşqçisi Ayxan Abbasov iştirak ediblər.

Tədbir zamanı şəhid və qazi övladları futbolçularla söhbət edib, onlarla vaxt keçiriblər. Görüşün sonunda uşaqlara hədiyyələr təqdim edib və iştirakçılar xatirə şəkli çəkdiriblər.

Tədbirin məqsədi şəhid və qazi övladlarına diqqət və qayğı göstərmək, onların sevincinə şərik olmaq və idmanın birləşdirici gücünü nümayiş etdirmək olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…