Əsas məzmuna keç

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub

Belarusda keçirilən əməliyyat çərçivəsində hər iki tərəf 10 hərbçini geri qaytarıb.

en ru

və arasında növbəti mübadiləsi həyata keçirilib. Tərəflər hər biri 10 nəfər olmaqla ümumilikdə 20 hərbçini qarşılıqlı şəkildə dəyişdiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratova məlumat yayıb.

Bildirilib ki, mübadilə prosesi ərazisində baş tutub.

Mənbənin məlumatına görə, rəsmi Moskva və Kiyev arasında daha böyük miqyaslı əsir mübadiləsi ilə bağlı müzakirələr də davam edir.

Xatırladaq ki, 2022-ci ilin fevralından bəri davam edən münaqişə fonunda minlərlə hərbçi qarşılıqlı şəkildə evlərinə qaytarılıb. May ayında əldə olunan razılaşma ilə hər tərəfin 1000 nəfəri dəyişdirməsi ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlarının ən nəzərəçarpacaq nəticələrindən biri kimi qiymətləndirilib.

Əsir mübadiləsi ilə paralel olaraq, cəbhə bölgələrində hərbi toqquşmaların intensivliyi də artıb.

Son məlumatlara görə, Rusiya qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki sənaye obyektinə ballistik raketlərlə zərbələr endirib. Nəticədə 2 nəfər xəsarət alıb.

Eyni zamanda, Kiyevdə hava həyəcanı siqnalları səslənib və partlayış səsləri eşidilib.

Ukrayna tərəfi isə Rusiyanın Nijni Novqorod vilayətində yerləşən "Lukoil" şirkətinə məxsus neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…