Əsas məzmuna keç

Kreml: Ukraynanın infrastruktur obyektlərinə zərbələrinə cavab sərt olacaq

Kreml: Ukraynanın infrastruktur obyektlərinə zərbələrinə cavab sərt olacaq

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevin iqtisadi və ticarət obyektlərinə hücumlarının cavabsız qalmayacağını bəyan edib.

en ru

Rusiya Ukraynanın ölkənin və iqtisadi infrastrukturuna endirdiyi zərbələrə sərt cavab verəcəyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bunu Kremlin sözçüsü “Bloomberg” agentliyinə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, Kiyevin Rusiya iqtisadiyyatına zərər vurmağa yönəlmiş addımları Moskvanın cavab reaksiyasına səbəb olur.

“ bizim iqtisadi və ticarət infrastrukturumuza zərbə endirməyə çalışır, bununla da bizdən cavab reaksiyası doğurur və bu, sərt bir reaksiya olacaq”, - deyə Peskov bildirib.

Kreml nümayəndəsi vurğulayıb ki, Ukraynanın bu istiqamətdəki hücumları Rusiyanın mövqeyini dəyişməyəcək.

Peskov daha əvvəl mülki və obyektlərinə zərbələrin döyüş zonasındakı vəziyyəti dəyişmək və Rusiya qoşunlarının irəliləməsinin qarşısını almaq gücündə olmadığını bildirib.

Rusiya Prezidenti də Kiyevin bu hücumlarla Rusiya ordusunun əməliyyatlarını dayandırmağa çalışdığını deyib.

Putin Rusiyanın qarşıya qoyduğu məqsədlərə çatmaqda qərarlı olduğunu vurğulayıb və Ukrayna ərazisindəki hədəflərə qarşı daha güclü cavab zərbələrinin endiriləcəyi barədə xəbərdarlıq edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…