Əsas məzmuna keç

Kreml: Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında təmaslar olub

Kreml: Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında təmaslar olub

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinin Moskvaya səfərini təsdiqləyib.

en ru

Prezidentinin mətbuat katibi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbərinin Moskvaya səfəri ilə bağlı məlumatları təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, jurnalistlərə açıqlamasında Rusiya və ABŞ xüsusi orqanları arasında təmasların baş tutduğunu bildirib.

Kremlin sözçüsü bu əlaqələri müsbət addım kimi qiymətləndirib və görüşlə bağlı Rusiya Prezidenti Vladimir Putinə məlumat verildiyini qeyd edib.

Ukraynadakı vəziyyətə toxunan Peskov rəsmi Kiyevin cəbhədə uğursuzluqlarla üzləşdiyini və idarəetmə sistemində problemlərin dərinləşdiyini iddia edib. O, Avropa ölkələrinin Ukraynadakı real vəziyyəti nəzərə almamasını ciddi səhv adlandırıb.

Kremlin sözçüsü Ermənistanla bağlı məsələyə də münasibət bildirib. Peskov ölkədə mürəkkəb daxili siyasi proseslərin getdiyini qeyd edərək, yaranmış vəziyyətin qanunvericiliyinə uyğun şəkildə həll olunacağına ümid etdiyini vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…