Əsas məzmuna keç

Sentyabrın 1-i üçün hava proqnozu

Sentyabrın 1-i üçün hava proqnozu

Milli Hidrometeorologiya Xidməti payızın ilk günündə gözlənilən temperatur və yağıntı proqnozunu təqdim etdi. Bakıda və bölgələrdə hava necə olacaq?

en ru

Azərbaycanda sentyabarın 1-də havanın yağışlı keçəcəyi gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və yarımadasında bəzi yerlərdə arabir yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli yağıntının intensiv olacağı, çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-22° isti olacaq.

Hava proqnozu

25° Bakıda indiBuludlu
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 26° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…