Əsas məzmuna keç

İstanbul bələdiyyəsində əməliyyat: 12 nəfər saxlanıldı

İstanbul bələdiyyəsində əməliyyat: 12 nəfər saxlanıldı

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya şübhəsi ilə keçirilən reydlər genişlənir. Saxlanılan şəxslərin kimliyi və istintaqın detalları məlum olub.

en ru

İstanbul Bələdiyyəsi ilə bağlı istintaq çərçivəsində daha 13 şübhəlinin saxlanılması qərarı verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd olunub ki, onlardan 12-si artıq saxlanılıb, xaricdə olduğu müəyyən edilən 1 nəfərin isə məsuliyyətə cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

Saxlanılan şəxslər tenderlərə müdaxilə və dövlətə zərər iddiaları üzrə istintaqa cəlb olunub.

Qeyd edək ki, bundan öncə də İstanbul Böyükşəhər Bələdiyyəsində əməliyyatlar keçirilib. Bələdiyyə sədri İmamoğlunun həbsindən sonra qurumda müxtəlif postlarda olan vəzifəli şəxslər saxlanılıb, korrupsiya ilə əlaqədar 10-dan çox şirkətin hesablarına həbs qoyulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…