Əsas məzmuna keç

"Bu, uydurma hekayə deyil"

"Bu, uydurma hekayə deyil"

İran rəsmisi İsmayıl Bəqai ABŞ-nin Əfqanıstan və İraqdakı qanlı hücumlarını xatırladaraq, Hörmüzqanda baş verən son faciəni müharibə cinayəti adlandırdı.

en ru

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl CENTCOM sözçüsü Tim Hokinsin “ ordusu mülki şəxsləri heç vaxt hədəf almır” ifadəsinə cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, İran rəsmisi ABŞ-nin 2002-ci ildə Əfqanıstanın Kakarak, 2004-cü ildə İraqın Mukaradeeb, 2008-ci ildə isə Əfqanıstanın Deh Bala və Weç Baqtu bölgələrində toy mərasimlərinə qarşı həyata keçirdiyi hücumları xatırladıb.

Bəqai həmçinin ABŞ-nin Pakistanda toy mərasiminə hücumunu əks etdirən “Homeland” serialına da diqqət çəkib.

“Reallıq o qədər dəhşətlidir ki, hətta Amerika təbliğatı belə bu gün Hokinsin irəli sürdüyünü etməyə cəsarət etməyib. Bu, uydurma hekayə deyil. Mülki şəxslərin ölümü gerçəkdir. Qurbanlar gerçəkdir”, – deyə Bəqayi bildirib.

İranın məlumatına görə, ABŞ-nin ötən gün Hörmüzqan əyalətinin Sirik şəhərinin Kuhestek bölgəsinə endirdiyi zərbə zamanı toy mərasiminin keçirildiyi ev hədəfə alınıb. Hücum nəticəsində 4 yaşlı uşaq da daxil olmaqla, azı 4 nəfər ölüb, 68 nəfər yaralanıb.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü Tim Hokins isə hücumla bağlı açıqlamasında “ABŞ ordusu mülki şəxsləri heç vaxt hədəf almır” deyib.

İran ABŞ-nin hücumunu “müharibə cinayəti” adlandırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…