Əsas məzmuna keç

İran və ABŞ danışıqları: Tehran Vaşinqtona etimad göstərmir

İran və ABŞ danışıqları: Tehran Vaşinqtona etimad göstərmir

İranın BMT-dəki nümayəndəsi Əli Bəhreyni Vaşinqtona olan etimadsızlığı açıqlayıb. Tehranın ABŞ ilə apardığı gərgin dialoq və mümkün hərbi ssenarilər barədə detallar.

en ru

"İran ilə danışıqları son dərəcə ehtiyatla davam etdirir, Vaşinqtona göstərmir və hər hansı bir inkişafa hazırdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İranın BMT-nin Cenevrədəki bölməsi yanında daimi nümayəndəsi Əli Bəhreyni deyib.

“Ölkəmiz istənilən hadisə inkişafına və ya hər hansı ssenariyə tam hazırdır. Məhz buna görə də aparırıq. Nə vaxt bizə hücum edilirsə, dərhal cavab veririk. Bundan sonra da eyni şəkildə davranacağıq”, -o vurğulayıb.

Bəhreyni qeyd edib ki, qarşı tərəfin kim olduğunu yaxşı bilir və buna görə də ABŞ ilə danışıqları son dərəcə ehtiyatlı şəkildə aparır:

“Biz kiminlə danışıqlar apardığımızı bilirik. ABŞ ilə maksimum ehtiyatla danışıqlar aparırıq, çünki bu ölkəyə etibar etmək üçün heç bir əsas yoxdur. Əksinə, etimadsızlıq üçün kifayət qədər səbəbimiz var”.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…