Əsas məzmuna keç

Sentyabr ayı üçün hava proqnozu: Temperatur normadan yüksək olacaq

Sentyabr ayı üçün hava proqnozu: Temperatur normadan yüksək olacaq

Milli Hidrometeorologiya Xidməti sentyabr ayı üçün proqnozunu açıqladı: Bakı, Naxçıvan və bölgələrdə temperatur iqlim normasını aşacaq, yoxsa enəcək?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Sentyabr ayına olan açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu ilin sentyabr ayında havanın orta aylıq temperaturunun normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk günlərində əsasən dağlıq və dağətəyi rayonlarda arabir qısamüddətli leysan xarakterli yağacağı, şimşək çaxacağı gözlənilir.

Bakıda və yarımadasında havanın orta aylıq temperaturunun 21-23°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1°C yüksəkdir. Gecələr temperatur 19-24°C, gündüzlər 26-31°C, birinci ongünlüyün bəzi günlərində 33-35°C isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına ( 12-23 mm) yaxın olacağı bildirilir.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 22-25°C isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və 1-2°C yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C isti, gündüzlər 26-31°C, birinci ongünlüyün bəzi günlərində 34-39°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 7-13 mm) bildirilir.

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 16-19°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 12-17°C, gündüzlər 19-24°C, birinci ongünlüyün bəzi günlərində 26-30°C isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 34-50 mm) yaxın olacağı bildirilir.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 17-20°C isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 12-17°C, gündüzlər 19-24°C, birinci ongünlüyün bəzi günlərində 26-30°C isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 29-37 mm) yaxın olacağı qeyd olunur.

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 21-24°C isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və 1-3°C yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 25-30°C, birinci ongünlüyün bəzi günlərində 33-35°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 17-44 mm) yaxın olacağı təxmin edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 19-23°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın 1-3°C yüksəkdir. Gecələr havanın temperaturu 14-19°C, gündüzlər 22-27°C, birinci ongünlüyün bəzi günlərində 30-33°C isti, dağlarda gecələr 9-14°C isti, gündüzlər 16-19°C isti, birinci ongünlüyün bəzi günlərində 22-25°C isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı qeyd edilir (norma 33-120 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 22-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2°C yüksəkdir. Gecələr havanın temperaturu 18-23°C, gündüzlər 24-29°C, birinci ongünlüyün bəzi günlərində 31-35°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 14-38 mm) yaxın olacağı ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 19-23°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2°C yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 24-29°C, birinci ongünlüyün bəzi günlərində 33°C-dək isti, dağlarda gecələr 13-18°C isti, gündüzlər 20-25°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 50-199 mm) yaxın olacağı ehtimal edilir.

Hava proqnozu

13° Bakıda indiBuludlu
  1. Bu gün Günəşli 16° 13°
  2. Sabah Az buludlu 14° 12° yağış 64%
  3. Birisi gün Çiskin 14° 11° yağış 82%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…