Əsas məzmuna keç

İran Hörmüz boğazını gəmi keçidləri üçün bağlayıb

İran Hörmüz boğazını gəmi keçidləri üçün bağlayıb

İran Silahlı Qüvvələri strateji su yolunda keçidlərin dayandırıldığını və qərarın milli təhlükəsizlik maraqlarına əsaslandığını bəyan edib.

en ru

İranın hərbi dairələri strateji əhəmiyyətə malik boğazının nəqliyyatı üçün bağlandığını iddia edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyinə adı açıqlanmayan hərbi məlumat verib.

Məlumata görə, hazırda Hörmüz boğazından heç bir gəminin keçidinə icazə verilmir. Mənbə boğaz üzərində nəzarətin tam şəkildə İran Silahlı Qüvvələrinin əlində olduğunu bildirib.

Bildirilib ki, boğazın yenidən açılması və ya tətbiq olunan məhdudiyyətlərin davam etdirilməsi ilə bağlı qərarlar ölkənin təhlükəsizlik qiymətləndirmələri və milli maraqları nəzərə alınmaqla qəbul ediləcək.

İran tərəfi bu addımı ABŞ-nin bölgədə həyata keçirdiyi siyasətlə əlaqələndirib. Hərbi mənbənin sözlərinə görə, Vaşinqtonun "düşmənçilik fəaliyyətləri" davam etdiyi müddətdə mövcud vəziyyətdə dəyişiklik gözlənilmir. Bəyanatda həmçinin qeyd olunub ki, dəniz daşımalarında yarana biləcək təhlükəsizlik problemlərinə görə məsuliyyət bölgədə sabitliyi pozan tərəflərin üzərinə düşür.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…