Əsas məzmuna keç

İran Hörmüz boğazından keçən gəmilərdən rüsum alacaq

İran Hörmüz boğazından keçən gəmilərdən rüsum alacaq

İran parlamentinin müvafiq komitəsi strateji əhəmiyyətli boğazdan keçən gəmilər üçün yeni ödəniş sistemini təsdiqləyib.

en ru

İran boğazından istifadə edən gəmilərdən müxtəlif xidmətlərə görə alınmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Həsən Kaşkavi məlumat verib.

Qeyd olunur ki, ödənişlər dənizçilik, ətraf mühitin mühafizəsi, yanacaq, sığorta və təhlükəsizlik xidmətlərini əhatə edəcək. Rüsumların İran rialı və ya Tehranın müəyyən edəcəyi digər valyutada alınması planlaşdırılır.

Kaşkavi bildirib ki, qanun layihəsi beynəlxalq dəniz hüququ normaları və Hörmüz boğazına sahili olan ölkələrin hüquqları nəzərə alınmaqla hazırlanıb.

Onun sözlərinə görə, yeni qaydalar azadlığını məhdudlaşdırmaq deyil, sahil ölkələrinin təhlükəsizliyini və suverenliyini qorumaq məqsədi daşıyır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…