Əsas məzmuna keç

İran Hörmüz boğazını açmaq üçün ABŞ-dən təzminat tələb edir

İran Hörmüz boğazını açmaq üçün ABŞ-dən təzminat tələb edir

Rəsmi Tehran boğazın açılması üçün Vaşinqtonun qarşısına altı şərt qoyub, ABŞ isə müdafiə sənayesində istehsalı sürətləndirməyə çalışır.

en ru

İran və arasında davam edən gərginlik yeni mərhələyə keçib. Rəsmi Tehran “ boğazı”nın yenidən açılması üçün Vaşinqton qarşısında 6 əsas şərt irəli sürüb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İran Milli Təhlükəsizlik Ali Şurasının Məhəmməd Baqir Zülqədr ABŞ-nin İran və onun Livan, Fələstin, Yəmən və İraqdakı müttəfiqlərinə qarşı hərbi əməliyyatlarını tam dayandırmasını tələb edib.

Məlumata görə, İran müharibə təzminatının ödənilməsini də əsas şərtlərdən biri kimi irəli sürüb. Bildirilib ki, tələblər yerinə yetirilməyənədək “Hörmüz boğazı” gəmilərin hərəkəti üçün bağlı qalacaq.

ABŞ Prezidenti isə İranla danışıqların məhdud çərçivədə davam etdiyini bildirib. “Axios”a açıqlamasında İranın iqtisadi vəziyyətinin, xüsusilə yüksək inflyasiya və maliyyə çatışmazlığının ölkəyə ciddi təzyiq yaratdığını deyib.

Bununla yanaşı, ABŞ-də hərbi qarşıdurma fonunda raket ehtiyatlarının azalması müdafiə sənayesində istehsalın sürətləndirilməsi ilə bağlı yeni tədbirlərə səbəb olub.

Müdafiə nazirinin müavini Stiv Feynberq silah istehsal edən şirkətlərə istehsal gücünü artırmaq və tədarük müddətlərini qısaltmaq üçün üç həftə vaxt verib. “The Washington Post”un əldə etdiyi sənədə görə, Feynberq uzunmüddətli inkişaf proseslərinin artıq qəbuledilməz olduğunu və istehsal qrafiklərinin dərhal sürətləndirilməli olduğunu vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…