Əsas məzmuna keç

İran ABŞ ilə münaqişənin üçüncü mərhələsinə qədəm qoyduğunu bəyan edib

İran ABŞ ilə münaqişənin üçüncü mərhələsinə qədəm qoyduğunu bəyan edib

İran Xarici İşlər nazirinin müavini Kazem Qaribabadi ölkəsinin ABŞ və İsrail ilə qarşıdurmada yeni mərhələyə keçdiyini açıqlayıb.

ru en

İran İslam Respublikası ABŞ və İsrail ilə olan münaqişənin üçüncü mərhələsinə daxil olur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər nazirinin müavini Qaribabadi məlumat verib.

Diplomatın sözlərinə görə, qarşıdurmanın ilk iki mərhələsi ötən yay İsrail ilə baş verən 12 günlük müharibə və dekabrın sonundan etibarən respublikada davam edən kütləvi etirazlar olub.

Qaribabadi qeyd edib ki, rəqib tərəflər taktikalarını dəyişsələr də, bu mərhələdə də əvvəlki iki mərhələdə olduğu kimi məğlubiyyətə uğrayacaqlar.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin Marko Rubio rəsmi Vaşinqtonun İrana qarşı hərbi keçirmə ehtimalını istisna etmədiyini bildirmişdi.

O vurğulamışdı ki, Tramp hər zaman preventiv müdafiə variantından istifadə hüququnu özündə saxlayır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…