Əsas məzmuna keç

Qeşm sahilləri çirkləndi: İran xarici qüvvələri günahlandırdı

Qeşm sahilləri çirkləndi: İran xarici qüvvələri günahlandırdı

İran Xarici İşlər nazirinin müavini Kazem Qəribabadi ölkənin cənub sahillərində baş verən ekoloji fəlakəti bölgədəki hərbi gərginliklə əlaqələndirib.

en ru

İranın nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini “Qeşm” adasının sahillərində müşahidə olunan çirklənməsi ilə bağlı açıqlama verib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Qəribabadi bölgədə ekoloji vəziyyətin pisləşməsinin təsadüfi olmadığını və bunun xarici qüvvələrin regiondakı hərbi fəaliyyətləri ilə bağlı olduğunu bildirib.

İran rəsmisi “İRNA” agentliyinə açıqlamasında regionda davam edən hərbi müdaxilələrin dəniz ekosisteminə ciddi ziyan vurduğunu deyib.

Qəribabadinin sözlərinə görə, “Qeşm” adasının sahillərində qeydə alınan neft çirklənməsi də məhz hərbi fəaliyyətlərin birbaşa nəticəsidir.

Rəsmi Tehran hesab edir ki, bu cür hadisələr yalnız ətraf mühitə deyil, həm də regionda təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…