Əsas məzmuna keç

İran ABŞ-nin neft sanksiyaları qərarına reaksiya verdi

İran ABŞ-nin neft sanksiyaları qərarına reaksiya verdi

İran Xarici İşlər Nazirliyinin rəsmisi Kazem Qəribabadi ABŞ-ın neft satışına dair sanksiyaların müddətini uzatmasını ölkəsinin milli maraqlarına təhdid kimi qiymətləndirib.

en ru

İran Xarici İşlər Nazirliyinin Hüquqi və Beynəlxalq Məsələlər üzrə müavini ABŞ-nin İranın satışına tətbiq olunan sanksiyalarla bağlı "gün batımı" (sunset) müddəasını ləğv etməsinə münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qəribabadi açıqlama verib.

İran rəsmisi Vaşinqtonun bu addımını beynəlxalq razılaşmaların pozulması kimi qiymətləndirib. Onun sözlərinə görə, ABŞ-nin qərarı Tehranın milli maraqlarına və iqtisadi suverenliyinə qarşı yönəlib.

Qəribabadi bildirib ki, İran öz milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün zəruri addımlar atacaq. O qeyd edib ki, ABŞ-nin bu qərarı cavabsız qalmayacaq və Tehran müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, ölkənin neft sektoruna qarşı təzyiqlərin artması fonunda hüquqi və diplomatik cavab mexanizmləri hazırlanır.

Qəribabadi vurğulayıb ki, İran rəhbərliyi və aidiyyəti qurumlar vəziyyəti diqqətlə izləyir və zəruri hesab edilən bütün addımları atmağa hazırdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…