Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran-ABŞ danışıqları İsveçrədə müsbət nəticələndi

2 dəq
Paylaş:
İran-ABŞ danışıqları İsveçrədə müsbət nəticələndi

"İsveçərdə keçirilən İran- danışıqları keçib və ümidverici nəticələr verib".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Şərif deyib.

O qeyd edib ki, danışıqlar konstruktiv atmosferdə keçib.

Şahbaz Şərifin sözlərinə görə, əldə olunan nəticələr arasında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsinin razılaşdırılması, siyasi nəzarəti həyata keçirəcək yüksəksəviyyəli komitənin yaradılması və əlavə texniki danışıqların başlanması yer alır.

Pakistanın Baş naziri həmçinin danışıqlar prosesinə nəzarət etmək üçün yaradılmış yüksəksəviyyəli komitənin ilk iclasının rəsmi olaraq başa çatdığını elan edib.

O, ABŞ və İran nümayəndə heyətlərinə konstruktiv əməkdaşlığa sadiqlik nümayiş etdirdiklərinə görə təşəkkürünü bildirib, Qətərin vasitəçilik səylərini və İsveçrənin məsləhətləşmələrin təşkilinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax