İqlim həllərini təşviq etmək üçün “Fərqlilik yaradanlar” adlı yeni kampaniyaya START VERİLİR

İqlim həllərini təşviq etmək üçün “Fərqlilik yaradanlar” adlı yeni kampaniyaya START VERİLİR
12.09.2024 12:00
Aa
dəq

COP29 İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionunun təşəbbüsü olan “Fərqlilik yaradanlar” kampaniyası çərçivəsində, dünya üzrə müxtəlif icma nümayəndələrinin və innovativ ideyaları olan fərdlərin iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində həyata keçirdiyi layihələri gündəmə gətirilərək müxtəlif platformalarda nümayiş etdiriləcəkdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu gün BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində yenilikçi ideyaları olan müxtəlif regionalardan fərdlərin və novatorların həyata keçirdiyi layihələri və fəaliyyətləri işıqlandırmaq üçün “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya start verildiyini elan edib.

“Fərqlilik yaradanlar” kampaniyası çərçivəsində sosial sahibkarların, icma nümayəndələrinin və startap ideyaları olan fərdlərin layihələri seçilərək müxtəlif platformalarda nümayiş etdiriləcək. Kampaniyanın məqsədi hər bir fərdin ətraf mühitə müsbət təsir edəcək fəaliyyət göstərmək iqtidarında olduğunu göstərmək, hər kəsi iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmağa çağırmaq və ruhlandırmaqdır.

Kampaniya zamanı seçiləcək layihələr həm onlayn platformalarda, həm də Azərbaycanda keçiriləcək COP29 zamanı “Fərqlilik yaradanlar” sərgisi çərçivəsində təqdim olunacaqdır.

“Fərqlilik yaradan” nominasiyası üzrə qalib namizədlərin seçilməsi beynəlxalq tədqiqat institutları, sosial təşkilatlar və kommunikasiya platformalarının nümayəndələrindən ibarət olan Komitə tərəfindən aparılacaqdır. “Fərqlilik yaradanlar”ın qiymətləndirilməsi zamanı onların innovativ yanaşmaları, yaradıcılıq məharətləri və ünsiyyət bacarıqları, eləcə də təşəbbüslərinin təsir və miqyası nəzərə alınacaqdır.

Kampaniyanın geniş əhatəli, inklüziv və əlçatan olmasını təmin etmək üçün Linkedİn, İnstagram, TikTok və “X” sosial şəbəkələrindən istifadə olunacaqdır. Arzu edən hər kəs öz icmasında, şəhərində və ya şirkətində iqlim həlləri üzrə həyata keçirdikləri təşəbbüslərin “əvvəl və sonrakı” mərhələlərini əks etdirən fotoşəkilləri və ya videoları #COP29ImpactMakers həştəqi ilə bölüşərək layihələrini necə başladıqlarını və hazırda necə davam etdiklərini paylaşa bilər.

“İqlim dəyişmələri qlobal cavab tədbirlərini tələb edən problemdir. Bu eyni zamanda, həm də gələcək nəsillər üçün ədalətli dünya yaratmaq və fəxr edə biləcəyimiz irs qoymaq baxımından unikal fürsətdir” - deyə COP29 İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai izah edir. “ BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu kimi, mən bir çox insanların iqlim dəyişməsinin təsirlərinə qarşı ilhamlandırıcı hekayələrinin şahidi oluram, amma çox zaman bu hekayələr paylaşılmamış qalır. Ətraf mühitə müsbət təsir göstərən, fərqlilik yaradan bu hekayələri bütün insanlara çatdırmaq istəyirəm. Çünki belə şəxslərin fəaliyyəti hər kəsi sağlam gələcək üçün qlobal fəaliyyətə ilhamlandıracaq.”

İlk “Fərqlilik yaradanlar” sentyabrın 23-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək İqlim Həftəsində kampaniyanın rəsmi başlanğıcına həsr olunmuş tədbir zamanı seçiləcək və təqdim olunacaqlar.

Həftənin ən çox oxunanları

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
DAVAMIN OXU davamın oxu

Məişət tullantılarını kənara atanların 7 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib

Məişət tullantılarını kənara atanların 7 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar birinci oxunuşda təsdiqlənib

Turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar birinci oxunuşda təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin səlahiyyət müddəti ilə bağlı dəyişiklik birinci oxunuşda təsdiqlənib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin səlahiyyət müddəti ilə bağlı dəyişiklik birinci oxunuşda təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib

Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
DAVAMIN OXU davamın oxu