Əsas məzmuna keç

Bakı İqlim Həftəsi yenidən təşkil olunacaq

Bakı İqlim Həftəsi yenidən təşkil olunacaq

Paytaxtda keçiriləcək ekoloji tədbirdə COP29-un davamı olaraq qlobal iqlim çağırışları və strateji hədəflər müzakirə ediləcək.

en ru

Azərbaycanda İqlim Həftəsinin növbəti dəfə keçirilməsi nəzərdə tutulur. Bu barədə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan panel müzakirəsində məlumat verib.

Nazir çıxışı zamanı Azərbaycanın beynəlxalq və regional müstəvidə ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyətinə toxunub. O bildirib ki, ölkəmiz BMT-nin əsas təsisatları ilə sıx əməkdaşlıq edir və 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokola qoşulub.

Rəşad İsmayılov Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayaraq, tədbirin mühüm nəticələrini xatırladıb:

  • İtki və Zərər Fondunun fəaliyyətə başlaması;
  • Adaptasiya üzrə Yol Xəritəsinin qəbulu;
  • Bakı Maliyyə Hədəfinin müəyyən edilməsi.

Qeyd edək ki, cari ilin 7-11 sentyabr tarixlərində Konvensiyanın mandatı altında Bakı İqlim Həftəsi təşkil olunacaq. Xatırladaq ki, bu tədbir ilk dəfə 2024-cü ildə, ikinci dəfə isə 2025-ci ildə keçirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…