Əsas məzmuna keç

İpoteka kreditləri üzrə banklara yeni limitlər ayrıldı

İpoteka kreditləri üzrə banklara yeni limitlər ayrıldı

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka kreditləşməsinin fasiləsizliyini təmin etmək məqsədilə müvəkkil banklara yeni limitlər ayırıb. Bu çərçivədə...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İpoteka və Fondu (İKZF) ipoteka kreditləşməsinin fasiləsizliyini təmin etmək məqsədilə müvəkkil banklara yeni limitlər ayırıb. Bu çərçivədə həm adi, həm də güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna başlanılacaq tarixlər rəsmən açıqlanıb.

İpoteka müraciətləri nə vaxt və necə başlayacaq?

“Operativ Məlumat Mərkəzi-OMM”-in Fonda istinadən verdiyi məlumata görə, vətəndaşlardan müraciətlərin qəbulu aşağıdakı qrafik üzrə həyata keçiriləcək:

  • Adi ipoteka kreditləri: 05.03.2026-cı il, saat 11:00-dan etibarən;
  • Güzəştli ipoteka kreditləri: 06.03.2026-cı il, saat 11:00-dan etibarən.

Müraciət prosesi "Elektron ipoteka və kredit zəmanət" sistemi (www.e-gov.az) üzərindən tam elektron qaydada aparılacaq. Vətəndaşlar sistemə daxil olmaq üçün SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal və ya Asan İmza kimi elektron vasitələrindən istifadə etməlidirlər.

Elektron kabinet və istifadəçi təlimatı

Sistemdə yaranacaq sıxlığı nəzərə alaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinə qədər elektron kabinetlərini formalaşdırmaları tövsiyə olunur.

İpoteka kreditinin alınması ilə bağlı ətraflı istifadəçi təlimatı Fondun rəsmi internet səhifəsində, həmçinin "" portalının və "mygov" platformasının müvafiq bölmələrində yerləşdirilib.

Fondun 2025-ci il üzrə maliyyə göstəriciləri

2025-ci ildə İKZF-nin xətti ilə ümumilikdə 443 həcmində kredit verilib. Bu göstərici 2025-ci illə müqayisədə 0,7% artım deməkdir.

Hesabat dövründə Fond tərəfindən yenidən maliyyələşdirilən kreditlərin məbləği isə 2,8% azalaraq 434,9 milyon manat təşkil edib.

Maliyyə mənbələrinə gəldikdə, il ərzində İKZF-nin istiqraz buraxılışı vasitəsilə cəlb etdiyi vəsait 8,3% artaraq 650 milyon manata çatıb. Bununla yanaşı, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği 8,9% azalaraq 79,9 milyon manata düşüb.

Kalkulyator

Güzəştli, adi və ya bank ipotekası: aylıq ödənişi, ilkin ödənişi və lazım olan gəliri hesablayın.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…