Əsas məzmuna keç

III Çarlz Trampa 1944-cü ilə aid tarixi zəngi verdi

III Çarlz Trampa 1944-cü ilə aid tarixi zəngi verdi

Britaniya monarxı Ağ Evdə Donald Trampa 'HMS Trump' sualtı qayığının mis zəngini bağışladı. Vaşinqton Postun işıqlandırdığı bu tarixi jestin maraqlı sirri nədir?

ru en

Böyük kralı III ABŞ Prezidenti Trampa Ağ Evdə keçirilən şam yeməyində Britaniya qayığından "HMS Trump" gəmisinin zəngini hədiyyə edib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə “Vaşinqton Post” (WP) məlumat yayıb.

Məlumata görə, kral hədiyyəni təqdim edərkən ABŞ-Britaniya münasibətlərinin əsrlər boyu davam edən enişli-yoxuşlu tarixini vurğulayıb. O bildirib: “Əgər bizimlə əlaqə saxlamaq lazım gələrsə, çalın”.

Qeyd olunur ki, Trampın adını daşıyan və 1944-cü ildə Britaniyanın "Barrou-in-Furness" gəmiqayırma zavodundan çıxan sualtı qayığa məxsus mis zəng “ortaq tariximizin bir sübutu” kimi təqdim olunub.

Britaniya Hərbi Dəniz Qüvvələrinin tarixində bu adla tanınan yeganə sualtı qayıq P333 nömrəsini daşıyıb və Avstraliyada yerləşən 4-cü Sualtı Eskadrilyasının tərkibində xidmət edib. Həmin gəmi 1969-cu ildə regiondan ayrılan sonuncu Kral Dəniz Qüvvələri sualtı qayığı olub. Daha sonra 1971-ci ildə satılaraq metal qırıntıları üçün sökülüb.

WP-nin yazdığına əsasən, III Çarlz nahar zamanı etdiyi yekun çıxışda Ağ Ev sahibinə və Birinci Lediyə təşəkkür edib. O, bu görüşü “Boston Çay Partiyasına böyük bir irəliləyiş” kimi dəyərləndirib.

Xatırladaq ki, Boston Çay Partiyası 16 dekabr 1773-cü ildə Amerika kolonistlərinin Britaniya hökumətinə etiraz olaraq keçirdiyi aksiyadır. Həmin hadisə zamanı Boston limanında İngilis Şərqi Hindistan Şirkətinə məxsus çay yükləri məhv edilmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…