Əsas məzmuna keç

Hökməli-Qobu-Güzdək yolunda hərəkət qismən məhdudlaşdırıldı

Hökməli-Qobu-Güzdək yolunda hərəkət qismən məhdudlaşdırıldı

Abşeron rayonunda aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin gediş-gəlişinə tətbiq olunan qadağa sabah axşam saatlarınadək qüvvədə qalacaq.

en ru

rayonunda Hökməli–Qobu– yolunun 2-ci kilometrliyində yolun hərəkət hissəsinin bərpası və vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təmir-bərpa işlərinə başlanılır.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Bildirilib ki, təxminən 100 metr uzunluğa malik ərazini əhatə edən təmir-bərpa işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

"Sürücülərdən alternativ marşrut kimi 20 Yanvar küçəsi istiqamətindən istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur. Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində də yol örtüyündə mövcud problemlərin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri davam etdirilir. Bununla əlaqədar həmin hissədə də nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti olaraq tam məhdudiyyət tətbiq edilib", - məlumatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…