Operativ Məlumat Mərkəzi

Hindistanda ilk "Apple Store" açılacaq

1 dəq
Paylaş:
Hindistanda ilk "Apple Store" açılacaq

"Apple"-ın baş icraçı direktoru Tim Cook şirkətin Hindistandakı ilk mağazasının açılacağını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Cook bu barədə öz "Twitter" hesabında paylaşım edib.

Mağaza ölkənin maliyyə paytaxtı hesab olunan Mumbayda açılacaq. Açılışın bu gün baş tutacağı planlaşdırılıb.

Hisdistandakı ikinci "Apple" mağazasının isə 21 aprel tarixində, paytaxt Dehlidə açılacağı bildirilib.

Xatırladaq ki, hazırda Hindistan "Apple" istehsalının 5 faizini təşkil edir

Bu xəbəri paylaş

Oxşar xəbərlər