Əsas məzmuna keç

Hərbçilərlə bağlı Əsasnaməyə dəyişiklik olunub

Hərbçilərlə bağlı Əsasnaməyə dəyişiklik olunub

“Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik olunub. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Azərbaycan...

“Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməklə hərbi xidmətdən buraxılan şəxslərlə yanaşı, (müddətli hərbi xidmət hərbi qulluqçularından başqa), xidməti uyğunsuzluğa görə hərbi xidmətdən buraxılanlar da (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək.

Qanun layihəsi üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…