Ukrayna münaqişəsi başlayandan sonra Gürcüstan xarici güclər tərəfindən Rusiya ilə müharibəyə sövq edildi və ölkə nüvə dövləti ilə təkbətək qaldı.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Mixail Kavelaşvili “Radio Courtoisie”yə müsahibəsində bildirib.
"Bizi nüvə dövləti ilə baş-başa buraxdılar və "gəlin, sizi silahla təmin edəcəyik" sözünü verdilər. Gənc avropapərəstlər bizi Rusiyaya qarşı müharibəyə çağırdılar. Onlar o vaxtkı hökuməti buna məcbur etdilər. Sual yaranır: Gürcüstan bu müharibəyə qoşulmalı idimi?", - deyə Kavelaşvili vurğulayıb.
Gürcüstan prezidenti qeyd edib ki, Ukraynada hərbi əməliyyatların başladığı ilk gündən belə çağırışlar edilməyə başlayıb.
"Bizdən sanksiyalarda iştirak etməyi, könüllülər göndərməyi və müharibəni dəstəkləməyi tələb etdilər, lakin biz nə NATO-nun, nə də Avropa Birliyinin üzvü deyilik", - prezident deyib.