Əsas məzmuna keç

Türkiyə ilə ABŞ arasında nüvə enerjisi üzrə yeni saziş imzalanıb

Türkiyə ilə ABŞ arasında nüvə enerjisi üzrə yeni saziş imzalanıb

Türkiyənin TÜNAŞ şirkəti ilə ABŞ Ticarət və İnkişaf Agentliyi arasında kiçik modul reaktorlar və dördüncü nəsil reaktorlarla bağlı layihə sazişi imzalanıb.

en ru

Nüvə Enerjisi Anonim Şirkəti (TÜNAŞ) və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında kiçik reaktorlar (SMR) və 4-cü nüvə texnologiyalarının qiymətləndirilməsini nəzərdə tutan hibe müqaviləsi imzalanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, imzalama mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirakı çərçivəsində Nyu-Yorkdakı Türkevidə baş tutub.

Sənədə Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə TÜNAŞ-ın baş direktoru Necati Yamaç və USTDA direktorunun müavini Tomas Hardi imza atıblar.

çərçivəsində ABŞ şirkətlərinə məxsus 4 kiçik modul reaktor (SMR) və 5 fərqli 4-cü nəsil reaktor dizaynının Türkiyədə tətbiq olunma imkanları texniki, iqtisadi, normativ və lisenziyalaşdırma baxımından hərtərəfli araşdırılacaq.

Tədqiqat zamanı reaktorların xərcləri, təchizat zənciri, SWOT təhlili, maliyyələşdirmə modelləri, fövqəladə hallar və ərazi seçimi üzrə qiymətləndirmələr aparılacaq. Təxminən 2 milyon dollar büdcəsi olan və ən azı bir il davam edəcək texniki tədqiqat layihəsi tam olaraq USTDA tərəfindən maliyyələşdiriləcək.

Nazir Alparslan Bayraktar vurğulayıb ki, 2053-cü il üçün müəyyən edilən xalis sıfır emissiya və enerjidə tam müstəqillik hədəfləri çərçivəsində Türkiyə iri nüvə stansiyaları ilə yanaşı, mütərəqqi alternativ texnologiyaları da portfelinə daxil etməkdə qərarlıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…