Gəncədə “Kalaşnikov” gəzdirən şəxs saxlanılıb

Gəncədə “Kalaşnikov” gəzdirən şəxs saxlanılıb
27.02.2023 11:07
Aa
dəq

Gəncə sakinlərində silah və narkotik aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluq hadisələri törədən Nicat Mehtiyev saxlanılıb. Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 3 ədəd həmin tüfəngə məxsus 16 kalibrli patron və 1 ədəd giliz aşkar olunaraq götürülüb.

Baş İdarənin 4-cü Polis Bölməsinin əməkdaşları da qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəxsi saxlayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Elmir Vəliyevdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 1 ədəd patron aşkar edilərək götürülüb.

Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən isə şəhər ərazisindəki avtomobilə qanunsuz olaraq daxil olub, oğruluq törətməkdə şübhəli bilinən Ruslan Qasımov və İlqar Əliyev saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verib.

Bundan başqa Gəncə Şəhər Baş Polis İdasrəsi və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən 10-yaxın şəxs saxlanılıb. Üzrələrindən “marixuana” “heroin”, “tiryək” və “metamfetamin” aşkarlanan həmin şəxslər istintaqa təhvil verilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur
DAVAMIN OXU davamın oxu

İlqar Mustafayev həbs edildi

İlqar Mustafayev həbs edildi
DAVAMIN OXU davamın oxu

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı
DAVAMIN OXU davamın oxu

Bu məntəqələrin nəticələri ləğv olundu

Bu məntəqələrin nəticələri ləğv olundu
DAVAMIN OXU davamın oxu

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü
DAVAMIN OXU davamın oxu