Əsas məzmuna keç

Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs edilib - FOTO

Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs edilib - FOTO

Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs edilib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat...

Gəncədə toy karvanında edən sürücülər həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Gəncə Şəhər Baş İdarəsi Dövlət Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən iki “Chevrolet” və bir “Azsamand” markalı avtomobillərin sürücüləri - E. Hətəmi, E. Məmmədov və Z. Həsənov saxlanılıblar.


Sürücülər barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə hər 3 bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati həbs olunub.

Bununla yanaşı, polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotik vasitələrin təsiri altında idarə edən daha 6 sürücü saxlanılıb. Tibbi müayinə zamanı sürücülərin narkotik vasitələr qəbul etdiyi sübuta yetirilib.
Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…