Əsas məzmuna keç

Ağsuda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub

Ağsuda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub

Ağsu rayonunda bəy-gəlin kortejində riskli manevrlər edən şəxslər saxlanıldı. DİN-in keçirdiyi əməliyyatın təfərrüatları və qayda pozanların aqibəti xəbərimizdə.

en ru

Ağsuda toy karvanında edən sürücülər həbs olunub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ağsu Rayon Şöbəsinin Dövlət Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücülər Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb.

Onlar idarə etdikləri "Mercedes" və "Tofas" markalı avtomobillərlə toy karvanında qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini qeydə alaraq hesablarında paylaşıblar.

Sürücülər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov və Y.Yusifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla onların hər biri 15 sutka inzibati qaydada həbs edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…