Əsas məzmuna keç

Avtoxuliqan sürücü həbs edildi

Avtoxuliqan sürücü həbs edildi

Bakıda "Tofaş"la qaydaları pozub TikTok-da paylaşan Fariz İsmayılov saxlanıldı. DYP-nin təqdimatı ilə verilən 30 sutkalıq cəza və sürücülük hüququnun ləğvi barədə.

en ru

Bakıda avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə paylaşan sürücü edilib.

Bu barədə Bakı Şəhər Dövlət İdarəsindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə məlumat verilib.

DYP əməkdaşları tərəfindən ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan "Tofaş" markalı, 77-SG-661 dövlət qeydiyyat nişanlı vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, F.İsmayılov idarə etdiyi avtomobillə intizamsızlıq edərək qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini "" sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.İsmayılovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılıb və o, 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…