Əsas məzmuna keç

Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb

Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 4-ü xəsarət alıb. Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Dövlət Yol Polisi...

en ru

Son yeniləmə · İlk xəbər ↓

Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

“Operativ Məlumat Mərkəzi-OMM”-in əldə etdiyi məlumata görə, qəza nəticəsində "" markalı minik avtomobilinin sürücüsü Seymur Pəhləvan oğlu İsmayılov, maşındakı sərnişinlər - Əhəd Nəsimi oğlu Heydərzadə və Turan Elcan oğlu Əsgərov hadisə yerində ölüblər.

Hadisə zamanı avtomobildə olan digər sərnişinlər - Rəvan Elnur oğlu Abbaszadə və Ramazan Elnur oğlu Cəfərov, həmçinin "VAZ-2104" markalı avtomobilin sürücüsü Mustafa Həsənqulu oğlu Mustafayev və onun qızı Rəmziyə Mustafa qızı Mustafayeva ağır xəsarətlər alıblar.

Onlar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma davam etdirilir.

İlk xəbər · Son yeniləmə ↑

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 4-ü xəsarət alıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Dövlət İdarəsindən (DYP) məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 13-ü saat 23 radələrində rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb. Belə ki, Füzuli sakinləri Seymur İsmayılovun idarə etdiyi "Opel" və Mustafa Musayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. Nəticədə "Opel"in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin "VAZ-2104"ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı başlanılıb, araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…