Əsas məzmuna keç

DYP bayram tətilindən geri dönən sürücülərə çağırış edib

DYP bayram tətilindən geri dönən sürücülərə çağırış edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) səfərdən geri qayıdan sürücülərə müraciət edib. Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə BDYP-dən məlumat verilib...

en ru

Baş Dövlət İdarəsi (BDYP) səfərdən geri qayıdan sürücülərə müraciət edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə BDYP-dən məlumat verilib.

Yol polisi bayram günlərinin başa çatması ilə əlaqədar bölgələrdən paytaxta və digər istiqamətlərə qayıdan sürücüləri yollarda daha diqqətli olmağa çağırıb:

"Xüsusilə geri dönüş zamanı axınının intensivləşməsi nəzərə alınmalı, tələskənliyə yol verilməməli, təhlükəli ötmə manevrlərindən çəkinilməlidir. Uzun məsafəli səfərlərdən qayıdarkən sürücülərin diqqət etməli olduğu əsas məqamlardan biri də yorğunluqdur. Unutmayaq ki, sükan arxasında yorğunluq diqqətin yayınmasına, reaksiya müddətinin uzanmasına və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər".

BDYP sürücülərə səfər zamanı mütəmadi fasilələr verməyi, yuxusuz və yorğun halda idarə etməməyi tövsiyə edib.

Təqvim

  1. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 47 gün qalıb
  2. Yeni il bayramı 1–2 yanvar · 48 gün qalıb
  3. Ümumxalq Hüzn Günü 20 yanvar · 67 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…