Əsas məzmuna keç

Fransa Hörmüz boğazında gərginliyi artıracaq addım atdı

Fransa Hörmüz boğazında gərginliyi artıracaq addım atdı

Rəsmi Paris Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir. İranın nəzarətində olan strateji su yolunda baş verən bu hərəkətlənmə regional sabitliyə necə təsir edəcək?

en ru

Fransa boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqdə iki minaaxtaran gəmi, iki freqat və bir patrul təyyarəsi yerləşdirib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, Fransa Prezidenti Emmanuel bu barədə "X" sosial şəbəkəsində bidirib.

Onun sözərinə görə, Fransa qüvvələri tərəfdaşları ilə birlikdə gəmiçiliyin tam bərpasına və Hörmüz boğazında təhlükəsiz keçidin təmin edilməsinə hazırdır.

Makron həmçinin qeyd edib ki, 17 iyunda və İran arasında anlaşma memorandumunun imzalanması regional sabitliyin möhkəmlənməsi, o cümlədən Hörmüz boğazından gəmiçilik azadlığının təsdiqlənməsidir.

E.Makron Oman Sultanı ilə məsləhətləşmələrdən sonra Fransa qüvvələrinin bölgədə yerləşdirilməsini tənzimləmək qərarının verildiyini açıqlayıb.

Onun sözlərinə görə, "Şarl de Qoll" təyyarədaşıyan gəmisi Tulondakı limana qayıdır, iki minaaxtaran gəmi, iki freqat və bir patrul təyyarəsi isə bölgədə qalır və lazım gələrsə, müttəfiqlərlə birlikdə missiyalar yerinə yetirməyə hazırdır.

Makron vurğulayıb ki, Fransa hərbi mövcudluğunu dəyişən vəziyyətdən və regional təhlükəsizlik ehtiyaclarından asılı olaraq uyğunlaşdırmağa davam edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…