Əsas məzmuna keç

"Formula 1": Azərbaycan Qran-prisinin açılışı olub

"Formula 1": Azərbaycan Qran-prisinin açılışı olub

Bakı trekində möhtəşəm şou: Paytaxtda keçirilən yarışın rəsmi startı maraqlı anlarla yadda qaldı. Pilotlar və azarkeşlər üçün trekdə nələr baş verdi?

en ru

Şəhər Halqasında sayca 10-cu dəfə keçirilən "Formula 1" üzrə Qran-prisinin açılış mərasimi keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, əsas yarışın startından əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.

Himni Azərbaycanın Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov ifa edib.

Emosional ifanın son notlarından sonra diqqətlər yenidən ulduz pilotlara yönəlib. Artıq səhnə və mübarizə onlarındır.

Qeyd edək ki, "Formula 1 üzrə yarışın kubokunun dizaynında alov obrazı əks olunub. Bu element Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasını simvolizə edir.

Kubokun yan hissələrində Azərbaycan xalçaçılıq ənənələrindən ilhamlanan naxışlara da yer verilib. Beləliklə, "Formula 1"-in dinamikası Azərbaycanın zəngin milli irsi ilə bir araya gətirilərək kubokun dizaynında öz əksini tapıb.

Qeyd edək ki, "Formula 1"-də əsas yarış saat 15:00-da başlayacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…