"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibləri mükafatlandırılıb.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, yarışdan sonra ilk üç yeri tutan pilotlara mükafatlar təqdim edilib.
"Rodin Motorsport"dan Aleks Dann birinci, onun komanda yoldaşı Martinius Stenşorne ikinci, "Dams Lukas Oil" komandasından Dino Beqanoviç üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.