Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, mübarizəyə saat 11:00-da start verilib.
Ötən gün "Formula 2"də "Dams Lukas Oil" komandasından Dino Beqanoviç sprint, "Rodin Motorsport"dan Aleks Dann birinci əsas yarışın qalibi olub.
Qeyd edək ki, "Formula 1"də əsas yarış bu gün saat 15:00-da start götürəcək.