Əsas məzmuna keç

FHN-dən çimərliklərlə bağlı müraciət

FHN-dən çimərliklərlə bağlı müraciət

Fövqəladə Hallar Nazirliyi yay mövsümü ilə əlaqədar dənizdə təhlükəsizlik qaydalarını açıqladı. Xilasedicilər hansı çimərlik zonalarında diqqətli olmağı tapşırır?

ru en

Fövqəladə Hallar Nazirliyi () çimərliklərdə qaydaları ilə bağlı əhaliyə müraciət edib.

Qurumdan “Operativ Məlumat Mərkəzi-OMM”-ə daxil olan məlumatda bəzi vətəndaşların çimərliklərdə qaydalarına əməl etmədikləri bildirilib.

Nazirlik bu baxımdan əhalini təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Qeyd olunub ki, kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

Həmçinin bildirilib ki, çimərliyə gətirilən uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidirlər.

Məlumatda qızmar günəş altında fasiləsiz dayanmağın, hava qaraldıqdan sonra suya daxil olmağın sağlamlıq üçün təhlükəli olduğu vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…