Əsas məzmuna keç

Ərdoğan İsrailə hərbi müdaxilə barədə sərt mesaj verdi

Ərdoğan İsrailə hərbi müdaxilə barədə sərt mesaj verdi

Türkiyə Prezidenti Qarabağ və Liviya nümunəsi ilə Təl-Əvivə hərbi müdaxilə anonsu etdi. Fələstin üçün kəskin addım və Netanyahunun reaksiyası haqqında ətraflı.

en ru

Prezidenti Rəcəb Tayyib İsrailə qarşı hərbi əməliyyatların mümkünlüyü ilə bağlı açıqlama verib və bu, bölgəyə qoşun göndərilməsi ehtimalını gündəmə gətirib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Ərdoğan bu fikirləri jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

O bildirib ki, İsrail tərəfindən Fələstin əhalisinin öz torpaqlarından çıxarılmasının qarşısını almaq üçün Türkiyə hərbi addımlar ata bilər.

“Qarabağa və Liviyaya girdiyimiz kimi, onlara qarşı da eyni addımı ata bilərik”, – deyə onun sözləri "The Jerusalem Post" tərəfindən sitat gətirilib.

Məlumata görə, bu açıqlama İsrailin Qüds işləri və irs naziri Amiçay Eliyahu tərəfindən sərt şəkildə tənqid olunub. O, Ərdoğanı “imperialist ambisiyaları olan meqaloman diktator” adlandırıb və diplomatik əlaqələrin kəsilməsi çağırışı ilə çıxış edib.

Bundan başqa, şənbə günü Türkiyə Xarici İşlər Nazirliyi İsrailin baş naziri Benyamin Netanyahunu ABŞ-İran danışıqlarındakı mövqeyinə və Ərdoğana yönəlmiş açıqlamalarına görə tənqid edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…