Əsas məzmuna keç

Əraqçi Pezeşkiana ABŞ-lə danışıqlar üçün yeni təklifləri təqdim etdi

Əraqçi Pezeşkiana ABŞ-lə danışıqlar üçün yeni təklifləri təqdim etdi

Rəsmi Tehran və Vaşinqton arasında gərginlik davam edir. Hörmüz boğazı və neft embarqosu ilə bağlı yeni detallar nədən ibarətdir? Tərəflərin mövqeyi açıqlandı.

en ru

İranın naziri Abbas Əraqçi ABŞ-nin İranla danışıqlara dair yeni təkliflərini ölkə prezidenti Məsud Pezeşkiana təqdim edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, təklifin məzmunu ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.

Qeyd edək ki, Əraqçi daha əvvəl BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka səfər edib. Ötən həftə İran xarici işlər naziri bildirib ki, ABŞ tərəfinə boğazının açılması ilə bağlı yeddi günlük plan təqdim edib. Bunun müqabilində dəniz blokadasının və neft ixracına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması tələb olunub. Lakin ABŞ Prezidenti bu təklifi rədd edib.

Sentyabrın 28-də isə Əraqçi bildirib ki, Trampın açıqlamasına baxmayaraq, İran vasitəçilərdən yekun cavab gözləyir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…