Əsas məzmuna keç

İran və Oman Hörmüz boğazında yeni marşrutu müzakirə edir

İran və Oman Hörmüz boğazında yeni marşrutu müzakirə edir

Tehran və Maskat arasında aparılan danışıqlar Hörmüz boğazında gəmi hərəkətini tənzimləyəcək müvəqqəti marşrutun yaradılmasını hədəfləyir.

ru en

İran və Oman Hörmüz boğazında təhlükəsizliyinin artırılması məqsədilə yeni aparır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tərəflər boğazda mövcud olan çoxsaylı marşrutların əvəzinə, vahid və ikitərəfli hərəkəti təmin edəcək müvəqqəti gəmiçilik dəhlizinin yaradılması imkanlarını nəzərdən keçirirlər.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqainin sözlərinə görə, təşəbbüs regionda dəniz nəqliyyatının daha səmərəli idarə olunmasına xidmət edəcək. Bildirilir ki, hazırda boğazdan keçən gəmilər üçün bir neçə ayrı hərəkət zolağından istifadə olunur ki, bu da bəzi hallarda idarəetmədə çətinliklər yaradır.

Qeyd olunub ki, təklif edilən yeni sistem gəmi axınının vahid dəhlizdə cəmləşdirilməsini, bununla da hərəkətin daha təhlükəsiz və nəzarətli şəkildə təşkil olunmasını nəzərdə tutur.

Ekspertlərin fikrincə, və Maskat arasında bu müzakirələr regionda gərginliyin davam etdiyi bir dövrdə dəniz təhlükəsizliyi sahəsində mühüm nümunəsi ola bilər. Tərəflərin yaxın vaxtlarda texniki detallar və danışıqların nəticələri ilə bağlı əlavə məlumat verməsi gözlənilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…