Əsas məzmuna keç

İran və Oman arasında Hörmüz boğazı ilə bağlı razılaşma müzakirə edilir

İran və Oman arasında Hörmüz boğazı ilə bağlı razılaşma müzakirə edilir

İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpası üçün yeni qaydalar üzərində işləyir, lakin ABŞ tərəfi irəli sürülən iddiaları təkzib edir.

en ru

İran və Oman boğazında hərəkətinin tənzimlənməsi ilə bağlı razılaşmaya yaxınlaşır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “New York Times” (NYT) qəzeti iranlı və amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Hörmüz boğazından qaydalarını yenidən müəyyənləşdirməyi planlaşdırır. Yeni qaydalara əsasən, Fars körfəzinə daxil olan gəmilərin İran sahilləri boyunca, körfəzdən çıxan gəmilərin isə Oman sahilləri ilə hərəkət etməsi nəzərdə tutulur.

Bildirilib ki, razılaşmanın əsas məqamlarından biri boğazdan keçid üçün tətbiq olunacaq “xidmət haqqı”dır. İran bu vəsaitin ekoloji xərclərin qarşılanması, yük gəmiləri və tankerlərin təhlükəsizliyinin təmin edilməsi, eləcə də personalın əməkhaqlarının ödənilməsi üçün istifadə ediləcəyini açıqlayıb.

Qeyd olunub ki, əldə ediləcək gəlirin İran və Oman arasında bərabər bölüşdürülməsi planlaşdırılır.

Bununla yanaşı, ABŞ rəsmilərindən biri İranın təqdim etdiyi məlumatların tam həqiqəti əks etdirmədiyini bildirib. Rəsmi şəxsin sözlərinə görə, Hörmüz boğazından keçid üçün hər hansı müvəqqəti marşrutların tətbiqi İranın icazəsini tələb etmir və bununla bağlı ödəniş nəzərdə tutulmur.

Daha əvvəl “Financial Times” qəzeti də İranın Omanla üzrə razılaşma imzalamağa yaxın olduğunu yazmışdı. Ekspertlər hesab edir ki, mümkün saziş Tehran və Vaşinqton arasında artan gərginliyin azaldılması baxımından mühüm rol oynaya bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…