Əsas məzmuna keç

Əraqçi: "ABŞ-dən cavab gözləyirik, Hörmüz boğazının açılması şərtlərə bağlıdır"

Əraqçi: "ABŞ-dən cavab gözləyirik, Hörmüz boğazının açılması şərtlərə bağlıdır"

İranın xarici işlər naziri Abbas Arakçi ABŞ-la mesaj mübadiləsinin Qətər vasitəçiliyi ilə davam etdiyini bildirib. O, danışıqların nüvə məsələsinə deyil, Hörmüz boğazı ilə bağlı şərtlərə yönəldiyini deyib.

en ru

İranın naziri Abbas Əraqçi Nyu-Yorkda jurnalistlərə açıqlamasında AB ilə vasitəçilər üzərindən aparılan mesaj mübadiləsi barədə məlumat verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

O, İran tərəfinin ötən gün Qətərli rəsmilərlə görüşdüyünü və ölkənin şərtlərinin yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirib. Əraqçi ABŞ-nin yekun cavabını gözlədiklərini vurğulayıb.

“ bu fikirləri ABŞ-yə təqdim edəcək və sabaha qədər cavab gözləyirik. Qısa müddət ərzində Tehrana qayıdıram. Cavab çatdırıldıqdan sonra qərarlar Tehranda veriləcək”, – deyə nazir qeyd edib.

Əraqçi beynəlxalq mediada İranın nüvə məsələsində güzəştlərə gedəcəyi barədə yayılan xəbərləri təkzib edib. O, İranın mövqeyinin dəyişmədiyini və hazırkı müzakirələrdə nüvə məsələsinin gündəmdə olmadığını söyləyib.

“İranın mövqeyi heç vaxt dəyişməyib. Bu məsələ ilə bağlı heç bir danışıq aparılmayıb. Hazırkı müzakirələr ilə əlaqədardır”, – Arakçi bildirib.

İran XİN rəhbəri Hörmüz boğazının yalnız ABŞ-nin İranın şərtlərini yerinə yetirməsindən sonra açılacağını deyib. Əraqçi İran lideri Müctəba Xameneinin bu məsələ ilə bağlı şərtlərinin olduğunu vurğulayıb.

“İranın şərtləri tamamilə ədalətli və məntiqlidir. Əgər amerikalılar razılaşmanın tərəfdarı olduqlarını və ya dinc həll yolu axtardıqlarını deyirlərsə, biz həmin həll yolunu təqdim edirik”, – nazir əlavə edib.

Əraqçi bəzi media qurumlarında yayılan məlumatların əksinə, İranın mövqeyində heç bir dəyişiklik olmadığını və Hörmüz boğazının açılması üçün irəli sürülən şərtlərin aydın olduğunu bildirib. O, bu məsələdə çevikliklə bağlı hər hansı müzakirənin aparılmadığını deyib.

İranın diplomatiyaya və müharibəyə hazır olduğunu təkrarlayan Əraqçi ölkəsinin mümkün hərbi təhdidlərə cavab verdiyini bildirib.

“İran daim müharibəyə hazırdır və onların hərəkətlərinə hərbi baxımdan cavab verir. İranın deyəcəyi sözlər var və diplomatiya sahəsində öz məntiqinə uyğun yol açır”, – deyə o vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…