“Strasburq”un yeni baş məşqçisi Vitor Matos olub. Liqa 1 klubunun mətbuat xidməti təyinatı açıqlayıb.
38 yaşlı portuqaliyalı mütəxəssislə müqavilə 2027/28 mövsümünün sonunadək nəzərdə tutulub. Matos bu vəzifədə Uqo Filipe Oliveyranı əvəzləyib. Tərəflər Oliveyra ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv ediblər.
Matos daha əvvəl “Suonsi” və “Maritimu” klublarına rəhbərlik edib. O, həmçinin “Portu”, “Red Bull Zalsburq” və “Liverpul”un sistemində çalışıb.