Əsas məzmuna keç

Qətər: ABŞ-İran gərginliyinin azaldılması və Hörmüz boğazının açılması prioritetdir

Qətər: ABŞ-İran gərginliyinin azaldılması və Hörmüz boğazının açılması prioritetdir

Qətər Xarici İşlər Nazirliyi ABŞ və İran arasında diplomatik təmasların davam etdiyini, həmçinin Qəzzada atəşkəs prosesinə mane olan amilləri açıqlayıb.

en ru

Qətər ABŞ və İran arasında gərginliyin yollarla azaldılması istiqamətində səylərin davam etdiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari Dohada keçirdiyi konfransında bildirib.

Məlumata görə, əl-Ənsari rəsmi Dohanın əsas prioritetinin ABŞ və İran arasında gərginliyi diplomatik yollarla aradan qaldırmaq olduğunu vurğulayıb.

Bildirilib ki, tərəflər arasında boğazının gəmiçilik üçün əvvəlki kimi maneəsiz açılması istiqamətində intensiv danışıqlar aparılır. Hazırda yekun razılaşma əldə edilməsə də, qarşılıqlı şəkildə anlaşma layihələrinin mübadiləsi davam edir.

Qeyd olunub ki, Qətərin vasitəçilik missiyasının əsas məqsədi tərəfləri yenidən danışıqlar masasına qaytarmaqdır.

Əl-Ənsari Qəzzada atəşkəs danışıqlarına da toxunaraq bildirib ki, , Misir və Qətərin vasitəçiliyi ilə sazişin ikinci mərhələsinin icrası istiqamətində səylər davam etdirilir.

Onun sözlərinə görə, İsrail üzərinə düşən öhdəlikləri yerinə yetirmir, halbuki HƏMAS razılaşma çərçivəsində öhdəliklərini icra edir. Sözçü beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb.

Qətər rəsmisi həmçinin İsrailin səhiyyə obyektləri və mülki şəxslərə qarşı hücumlarının beynəlxalq hüququn pozulması olduğunu iddia edib.

Sonda əl-Ənsari İsrailin son hərbi eskalasiyasının ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı irəli sürdüyü sülh planının həyata keçirilməsinə mane olmaq məqsədi daşıdığını bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…