Əsas məzmuna keç

İrandan ABŞ-yə xəbərdarlıq: "Coğrafi sərhəd tanımadan zərbə endirəcəyik"

İrandan ABŞ-yə xəbərdarlıq: "Coğrafi sərhəd tanımadan zərbə endirəcəyik"

İran Silahlı Qüvvələrinin sözçüsü Əkrəminiya hücum olacağı təqdirdə ABŞ-nin bütün maddi və mənəvi hədəflərinin vurulacağını bildirib. O, Hörmüz boğazının İranın təklif etdiyi şərtlər qəbul olunandan sonra açıla biləcəyini deyib.

en ru

İran Silahlı Qüvvələrinin sözçüsü Əkrəminiya ABŞ-yə qarşı kəskin xəbərdarlıq bəyanatı ilə çıxış edib.

“Operativ Məlumat Mərkəzi-OMM” "Defa Press" agentliyinə istinadən xəbər verir ki, Əkrəminiya ABŞ-nin regionda, eləcə də Cənub-Qərbi Asiyadan kənarda yerləşən bazalarını və hərbi qüvvələrini xatırladıb.

O bildirib ki, İrana qarşı hər hansı hücum olacağı təqdirdə ölkə Silahlı Qüvvələri coğrafi sərhəd tanımadan ABŞ-yə məxsus bütün maddi və mənəvi hədəflərə zərbələr endirəcək. Sözçü, həmçinin Hörmüz boğazının yalnız İranın təklif etdiyi şərtlər qəbul olunduqdan sonra açıla biləcəyini vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…