Əsas məzmuna keç

Azərbaycanda DƏHŞƏT: 67 yaşlı sürücü məktəbli qıza qarşı iyrənc əməllər törətdi – 15 il həbs!

Azərbaycanda DƏHŞƏT: 67 yaşlı sürücü məktəbli qıza qarşı iyrənc əməllər törətdi – 15 il həbs!

Ucar rayonunda 67 yaşlı kişi məktəbli qıza qarşı iyrənc hərəkətlər etməkdə ittiham edilib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

rayonunda 67 yaşlı kişi məktəbli qıza qarşı iyrənc hərəkətlər etməkdə ittiham edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” demokrat.az-a istinadla xəbər verir ki,1958-ci il təvəllüdlü Seyran 2025-ci ilin oktyabr ayının əvvəllərində, saat 13:15 radələrində 2017-ci il təvəllüdlü Saranı (adlar şərtidir – red.) təhsil aldığı Ucar rayonunun kəndində yerləşən orta məktəbin qarşısında evə aparmaq məqsədilə idarə etdiyi "Opel Astra" markalı avtomobilin arxa oturacağına əyləşdirib və evin yaxınlığına apararaq yolda avtomobili dayandırıb.

Daha sonra o, azyaşlı qızın qolundan tutaraq zor tətbiq edib, hər iki sifətindən öpərək seksual xarakterli zorakılıq hərəkətləri edib.

Bundan başqa, 67 yaşlı kişi idarə etdiyi avtomobildən azyaşlı qıza qarşı iyrənc niyyətini daha iki dəfə təkrarlayıb və ona qarşı seksual xarakterli hərəkətlər edib.

Seyranın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Seyran ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində bildirib ki, arvadı Gülər və oğlu Elçin ilə birlikdə Ucar rayonunun kəndində yaşayıb. Onun sözlərinə görə, özünə məxsus "Opel Astra" markalı avtomobili olub və həmin avtomobillə taksi fəaliyyəti göstərib, həm Ucar şəhərinə sərnişin aparıb, həm də gətirib.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan əlavə, məktəb vaxtlarında bəzi kənd sakinlərinin uşaqlarını yaşadıqları evdən götürüb məktəbə aparıb, dərs başa çatdıqdan sonra isə həmin uşaqları geri qaytararaq yaşadıqları evin qarşısında düşürüb:

"Məktəbə aparıb-gətirdiyim uşaqların valideynləri hər bir uşağa görə ayda mənə 20 manat veriblər. Həmkəndlim Vəfadarın uşaqlarını uşaqlıq yaşlarından tanımışam. Onunla qohumluq əlaqəm, ədavət və ya düşmənçiliyim olmayıb. Əvvəlki illərdə Vəfadarın uşaqlarını məktəbə aparıb-gətirməmişəm. Onun uşaqları məktəbə başqa avtomobillə gedib-gəliblər".

Təqsirləndirilən deyib ki, 2025-ci ilin sentyabr ayının əvvəllərində Vəfadar onun yanına gəlib və uşaqlarını məktəbə aparan şəxsin artıq aparmaq istəmədiyini, hər ay ona 40 manat pul verəcəyini, idarə etdiyi avtomobillə oğlu Teymuru və qızı Saranı da məktəbə aparıb-gətirməsini deyib:

"Mən Vəfadarla razılaşdım və dərs vaxtlarında saat 08:50 radələrində idarə etdiyim avtomobillə Vəfadarın yaşadığı evin qarşısına gedərək gözləmişəm. Onun 4-cü sinifdə təhsil alan oğlu Tofiq və 3-cü sinifdə təhsil alan qızı Sara gələrək avtomobilə əyləşib, sonra onları təhsil aldıqları məktəbin qarşısında düşürərək evə getmişəm. Eyni gündə saat 12:50 radələrində qayıdaraq məktəbin qarşısından uşaqları götürmüşəm və yaşadıqları evin qarşısında düşürmüşəm. Sonra öz şəxsi işlərimlə məşğul olmuşam".

Seyranın sözlərinə görə, 2025-ci ilin oktyabr ayının əvvəllərində, səhər saat 08:50 radələrində idarə etdiyi avtomobillə Vəfadarın oğlu və qızını yaşadıqları evin qarşısından götürüb və məktəbin qarşısına gətirərək düşürüb:

"Həmin gün saat 12:50 radələrində isə onları götürmək üçün məktəbin qarşısına getdim. Bir qədər keçdikdən sonra Sara adlarını xatırlamadığım başqa uşaqlarla birlikdə gələrək avtomobilimə əyləşdi. Avtomobilimlə başqa uşaqları da məktəbə aparıb-gətirdiyimə görə həmin vaxt Sara ilə birlikdə maşınıma hansı uşaqların əyləşdiyini xatırlamamışam. Saradan qardaşı Teymurun harada olduğunu soruşdum. O, qardaşının dərsdə olduğunu bildirdi. Mən idarə etdiyim avtomobillə digər uşaqları yaşadıqları evin qarşısında düşürdüm. Sonra Saranı da düşürməyim üçün Vəfadarın yaşadığı evin qarşısına gəldim. Sara avtomobildən düşmək istəyərkən arxaya çevrildim və arxa oturacağa tərəf uzanmış Saranın qolundan tutaraq özümə tərəf çəkdim, hər iki sifətindən öpdüm. Sara nəyə görə belə hərəkət etdiyimi, yəni hansı səbəbdən onu öpdüyümü başa düşmədi və özünü itirmiş halda avtomobildən düşərək getdi".

Seyran qeyd edib ki, sonrakı günlərdə yenə də idarə etdiyi avtomobillə Sara ilə qardaşı Teymuru məktəbə aparıb-gətirib:

"Vəfadarın mənə heç bir söz deməməsindən başa düşdüm ki, Sara onu öpməyimlə bağlı valideynlərinə heç bir söz deməyib. 2025-ci ilin oktyabr ayının ortalarında yenə də səhər saat 08:50 radələrində idarə etdiyim avtomobillə Səftərin hər iki uşağını yaşadıqları evin qarşısından götürərək məktəbə aparmışam, günorta yenə də onları məktəbdən götürmək üçün ora getmişəm. Bir qədər keçdikdən sonra Sara adlarını xatırlamadığım başqa uşaqlarla birlikdə gələrək avtomobilə əyləşdi. Saradan qardaşı Teymurun harada olduğunu soruşdum. O, qardaşının dərsdə olduğunu bildirdi. Mən idarə etdiyim avtomobillə digər uşaqları yaşadıqları evin qarşısında düşürdükdən sonra Vəfadarın yaşadığı evin qarşısına gələrək maşını saxladım. Sonra arxaya çevrildim və arxa oturacağa tərəf uzanaraq Saranın qolundan tutdum, hər iki sifətindən öpdüm. Sara heç bir söz demədi və avtomobildən düşərək getdi. Sonrakı günlərdə Vəfadarın yenə də heç bir söz deməməsindən başa düşdüm ki, Sara onu öpməyimlə bağlı evdə valideynlərinə heç bir söz deyib".

Təqsirləndirilən şəxs deyib ki, həmişə olduğu kimi növbəti gün, saat 08:50 radələrində idarə etdiyi avtomobillə Vəfadarın yaşadığı evin qarşısına gedib və Sara ilə qardaşı Teymur avtomobilə əyləşdikdən sonra onları məktəbin qarşısında düşürüb:

"Eyni qaydada həmin gün saat 12:50 radələrində idarə etdiyim avtomobillə məktəbin qarşısına gedərək uşaqların dərsdən çıxmalarını gözlədim. Bir qədər keçdikdən sonra Sara, Esmira, Raul və adlarını xatırlamadığım digər uşaqlar tez gələrək avtomobilə əyləşdi. Teymur isə bir qədər gec gəldiyinə görə avtomobilə əyləşə bilmədi. Mən Teymur və digər uşaqlara gözləmələrini, avtomobildə olanları düşürdükdən sonra qayıdaraq onları götürəcəyimi dedim. Sonra isə idarə etdiyim avtomobillə Esmira, Raul və adlarını xatırlamadığım digər uşaqları apararaq yaşadıqları evin qarşısında düşürdüm.

Sonra qərara gəldim ki, avtomobilimi sakit bir yerdə saxlayaraq yenidən Saranı öpüm. Sara narahat olmasın deyə ona qayıdaraq məktəbin qarşısına getməyi, qardaşı Teymuru da götürdükdən sonra onları birlikdə evə aparacağımı dedim. Sara avtomobildən düşməmiş və təxminən saat 13:20 radələrində yaşadığı evlərin olduğu yerdən təxminən 500-600 metr uzaqlaşdım, Bakı-Qazax yolunun Qazax rayonu istiqamətində avtomobili saxladım. Yerə düşərək sağ arxa qapını açdım və arxa oturacaqda Saranın yanında oturdum. Arxa oturacaqda oturduqdan sonra əvvəlcə Saranı özümə tərəf çəkərək qucaqladım, sifətindən öpdüm. Sonra isə ona digər intim hərəkətlər etdim. Bir neçə dəqiqə keçdikdən sonra səs eşitdim və başımı qaldıranda iki nəfər şəxsin avtomobilə tərəf yaxınlaşdıqlarını, onlardan birinin əlində tutduğu mobil telefonla videoçəkiliş apardığını gördüm. Onlardan biri avtomobilin sağ arxa qapısını açdıqda yerə düşdüm. Onlar nə etdiyimi, uşağın kim olduğunu soruşdular. Mən də yalandan onlara avtomobildə nasazlıq olduğunu, Saranın nəvəm olduğunu bildirdim".

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seyran 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…