Əsas məzmuna keç

AFFA 8 komandaya texniki məğlubiyyət verib

AFFA 8 komandaya texniki məğlubiyyət verib

Aşağı yaş qrupları üzrə liqalarda keçirilən oyunlarda baş verən qayda pozuntularına görə 8 komandaya texniki məğlubiyyət verilib. Bu barədə AFFA İntizam...

en ru

Aşağı yaş qrupları üzrə liqalarda keçirilən oyunlarda baş verən qayda pozuntularına görə 8 komandaya texniki verilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Gənclər Liqasında noyabrın 1-də keçirilən "İmişli" – "Lion" oyununda qonaq komanda matçın 29-cu dəqiqəsində meydanı tərk etdiyi üçün onlara texniki məğlubiyyət verilib, hesab olduğu kimi saxlanılıb.

U-14 Liqasında oktyabrın 31-də keçirilməsi nəzərdə tutulan "Ağdam" – "Aran" (Beyləqan) matçına meydan sahibləri, "Füzuli" – "" (Bərdə) görüşünə isə qonaqlar təyin olunmuş vaxtda gəlmədiklərinə görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar.

Noyabrın 1-də keçirilməli olan "Qafqaz Arena" – "Zəfər" və "Şamaxı" – "Çinar" () qarşılaşmalarında isə "Zəfər" və "Çinar" komandaları oyuna çıxmaqdan imtina etdikləri üçün onlara 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında oktyabrın 31-nə təyin olunan "Universal Football Academy" – "Məhəllə Uşaqları" (Sumqayıt) matçına təyin olunmuş vaxtda gəlməyən qonaqlar da eyni şəkildə cəzalandırılıblar.

U-10 Liqasında oktyabrın 31-də keçirilən "Kürdəmir" – "Çinar" (Göyçay) görüşünün 5-ci dəqiqəsində qonaqların heyətində sənədləri düzgün olmayan oyunçu aşkarlandığı və yetərsay olmadığı üçün matç yarımçıq dayandırılıb. Bu səbəbdən Göyçay təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni gündə nəzərdə tutulan "Şamaxı" – "Çərəkə" (Göyçay) matçına vaxtında gəlməyən "Çərəkə" komandası da 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…