Əsas məzmuna keç

Azərbaycanda güzəşt və azadolmaların həcmi açıqlanıb

Azərbaycanda güzəşt və azadolmaların həcmi açıqlanıb

2027-ci ildə Azərbaycanda güzəşt və azadolmaların ümumi məbləği 7,6 milyard manat olacaq. Bunu Maliyyə Nazirliyinin aparat rəhbərinin müavini Asif Qasımov...

en ru

2027-ci ildə Azərbaycanda və azadolmaların ümumi məbləği 7,6 milyard manat olacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Maliyyə Nazirliyinin aparat rəhbərinin müavini Asif Qasımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, bu, gələn il gözlənilən umumi daxili məhsulun () dəyərinin 5,4 %-i qədərdir: "Bu, 2026-cı ilin sonuna gözlənilən güzəşt və azadolmaların məbləği ilə müqayisədə 630 və yaxud 0,4 faiz bəndi çoxdur. Müqayisə üçün Gürcüstanda güzəştlər ÜDM-in 4,6 %-i, Türkiyədə 4,5 %-i, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində 4,7 %-i qədərdir".

"Büdcə gəlirlərini təmin edən orqanlar üzrə dekompozisiya apardıqda, gələn il vergi daxilolmaları üzrə 4,2 milyard manat və yaxud cari illə müqayisədə 9 % çox, idxal əməliyyatları üzrə 3,4 milyard manat və yaxud cari illə müqayisədə 11% çox güzəşt və azadolma olacaq. İqtisadi sektorlar üzrə bölgüyə gəldikdə, neft-qaz sektoru üzrə 436 milyon manat, qeyri-neft-qaz sektoru üzrə 7,1 milyard manat güzəşt və azadolma nəzərdə tutulur. Hər 2 komponentdə cari illə müqayisədə 9% artım gözlənilir. Nəhayət 7,6 milyard manatın 4,4 milyard manatı "güzəşt", 3.2 milyard manatı "azadolma" meyarına uyğun gəlir", - deyə vergi rəsmisi əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…